waplog

“Caspian-European IT&Communication Club”un iclası olub


İyunun 11-də Bakıda Xəzər Avropa İşgüzar İnteqrasiya Klubunun (CEIBC) tərkibində fəaliyyət göstərən "Caspian-European IT&Communication Club"un iclası keçirilib. İclasda R.İ.S.K. şirkətinin baş direktoru, "Caspian-European IT&Communication Club"un həmsədri Cabir Cümşüdov sədrlik edirdi.

Görüşdə Azərbaycanın telekommunikasiya və İT-şirkətlərinin rəhbərləri, habelə iqtisadiyyatın digər sektorlarını təmsil edən və CEIBC klubunun üzvü olan şirkətlərin rəhbərləri iştirak ediblər. Bu tədbir CEIBC üzvü olan şirkətlərin rabitə və informasiya texnologiyaları, vergilər, iqtisadi inkişaf, əmək və sosial müdafiə nazirləri, Mərkəzi Bankın rəhbərləri və Azərbaycan Milli Məclisinin İqtisadi siyasət komitəsinin üzvləri ilə görüşə hazırlıq çərçivəsində keçirilib.

Şirkətlər informasiya texnologiyaları sahəsində onları maraqlandıran problemləri müzakirə etmiş, bu problemlərin həlli yollarını nəzərdən keçiriblər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL