waplog

Vətəndaşlar “Elektron hökumət” portalı vasitəsilə mallara tətbiq olunan gömrük ödənişləri barədə məlumat əldə edə bilər


“Elektron hökumət” portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin “Malın koduna görə malların təsvirinin axtarışı” elektron xidmətindən yararlanmaq mümkündür. Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, bu xidmət vasitəsilə qeydiyyatdan keçmiş hər bir istifadəçi idxal və ya ixrac olunan malın koduna görə malların təsvirini və mallara tətbiq olunan gömrük ödənişləri barədə məlumat ala bilər.

Bunun üçün “www.e-gov.az” “Elektron hökumət” portalına daxil olub Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunan e-xidmətlər siyahısından “Malın koduna görə malların təsvirinin axtarışı” xidmətinin adını seçmək lazımdır.

Açılan formanın içində malın kodu dəqiq yazılmalıdır, məsələn: 9608300000 (diyircəkli qələmlər malının kodu). Malın kodunu dəqiq yazdıqda həmin mal haqqında olan gömrük rüsumları haqqında olan dəqiq məlumatlar əks olunacaq.

Əgər istifadəçi malın kodunu dəqiq bilmirsə, bu vaxt “malın kodu” sətrində, məsələn: kodun yalnız əvvəlini 960 yazmaq kifayətdir. Həmin koda uyğun olan bütün mallar üçün olan gömrük məlumatları, məsələn: gömrük rüsumunun (yığımın) adı, kodu, tarifi, əmsalı, müəyyən olunmuş məbləği, növü və s. əks olunacaq. İstifadəçi lazım olan mala dair məlumatları özü araşdırmalıdır. Ona görə də ilkin formada malın kodunu dəqiq yazmaq məsləhət görülür.

Qeyd edək ki, istifadəçi həmin məlumatları öz kompüterində PDF formatında yadda saxlamaq və ya elektron poçt vasitəsilə e-mail şəklində istənilən ünvana göndərmək istədiyi təqdirdə, “PDF” düyməsindən istifadə edə bilər.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL