waplog

Mərkəzi Bank informasiya texnologiyaları ilə bağlı elan etdiyi tenderin nəticələrini açıqlayıb


AZİPS və XÖHKS-in texniki platformasını təşkil edən serverlərin, digər avadanlıqların və «Oracle» Verilənlər Bazasını İdarəetmə Sisteminin satın alınması üzrə tenderin nəticələri bəlli olub.

Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Mərkəzi Bankdan (MB) məlumat verilib. MB-dan bildirilib ki, Real Vaxt Rejimində Banklararası Hesablaşmalar (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemlərinin (XÖHKS) texniki platformasını təşkil edən serverlərin, digər avadanlıqların və “Oracle” Verilənlər Bazasını İdarəetmə Sisteminin satın alınması üzrə elan edilmiş tenderdə iştirak edən iddiaçıların tender təkliflərinin qiymətləndirilməsi nəticələrinə görə Tender Komissiyasının 03 may 2013-cü il tarixli qərarı ilə “Colvir Software Solutions Ltd.” şirkəti qalib elan edilib.

Bundan sonra qaliblə müvafiq satınalma müqaviləsi bağlanıb: «Mərkəzi Bank tenderə maraq göstərdiyinə görə bütün iddiaçılara öz təşəkkürünü bildirir, onlara işlərində müvəffəqiyyətlər arzulayır və tenderdə iştirak edən iddiaçılarla gələcəkdə faydalı əməkdaşlıq etməyə ümid edir».

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL