waplog

Məktəblilər “iPad” planşet kompüterindən istifadə edəcəklər


Los-Anceles təhsil idarəsi şagirdləri "iPad" planşetləri ilə təmin edəcək. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, adıçəkilən qurum artıq 30 milyon dollar məbləğində "iPad" planşetinin ilk partiyasının satın alınmasını təqdir edib.

Məktəb dərsliklərinin planşetlərlə əvəzedilməsi layihəsinin reallaşdırılmasına bir neçə il vaxt lazımdır. "Apple" şirkətindən verilmiş məlumata əsasən, ilk tədarük təxminən 31 min planşetdən ibarət olacaq. "Apple"-ın məhsulunun digər modellərlə müqayisədə tədris prosesinin tələblərinə daha uyğun olduğu məlum olub və eyni zamanda qiyməti ucuzdur.

Los-Anceles məktəbləri üçün elektron dərslikləri "Pearson" nəşriyyatı tədarük edəcək.

Xatırladaq ki, ABŞ məktəblərində 10 milyon "iPad" planşeti istifadə olunur.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL