waplog

“ITU Telecom World 2013” konfransı çərçivəsində “Azərbaycan gecəsi” keçiriləcək


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  “ITU Telecom World 2013” konfransı çərçivəsində “Azərbaycan gecəsi” keçirəcək.


“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, konfrans Banqkok şəhərində noyabr ayının 19-dan 22-dək keçiriləcək.


Tədbirdə Azərbaycan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi yüksəksəviyyəli  nümayəndə heyəti ilə təmsil olunacaq. Tədbir çərçivəsində keçiriləcək “Azərbaycan gecəsi” çərçivəsində müxtəlif ölkələrin müvafiq nazirləri və prezidentləri üçün Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin təqdimatları olacaq. Nümayəndə heyətinin tərkibinə İKT sahəsini təmsil edən dövlət strukturlarının nümayəndələri ilə yanaşı, özəl şirkətlərin rəhbər şəxsləri də iştirak edəcəklər.
Azərbaycana təklif edilmiş sponsorluq missiyasından nazirlik hazırda imtina edib, lakin istisna olunmur ki, noyabr ayınadək bu məsələ müsbət həll oluna bilər.


Qeyd edək ki, tədbirin rəsmi açılışı noyabrın 19-da baş tutacaq. Konfransın ilk günündə nazirlər səviyyəsində “dəyirmi masa”nın keçirilməsi gözlənilir, sonra isə “Məlumatlar dalğasında”, “Tənzimləmənin konvergensiyası”, “Şəbəkənin virtuallaşdırılması ” və s. mövzular ətrafında sessiyalarda müzakirələr keçiriləcək.


Bir neçə gün keçiriləcək konfrans çərçivəsində “Mobil texnologiyalar və müəssisədə əməyin səmərəliliyi”, “Rəqəmli dünyada dünya vətəndaşlarının şəxsi həyatının təhlükəsizliyinin təmin edilməsi”, “XXI əsrdə İKT-nin təhsil sahəsində əhəmiyyəti ”, “Bütövlükdə IPv6 əsasında qurulmuş internet”, “Buludda mobil şəbəkələr”, “Birgə qlobal standartların hazırlanması” və digər mövzular ətrafında müzakirələr.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL