waplog

Azərbaycan “BMT-nin Dövlət Qulluğu Mükafatları üzrə Forum”unda təmsil olunur


Cari il 24 iyunda Bəhreyn Krallığının Manama şəhərində "BMT-nin Dövlət Xidməti Forumu-2013" öz işinə başlayıb. İyunun 27-nə qədər davam edəcək forumda rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə iştirak edir.

Forum "Elektron hökumət və innovasiyalara transformasiya: hər kəs üçün daha gözəl gələcək yaratmaq" mövzusuna həsr edilib. Bu tədbir vasitəsilə Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq, Birləşmiş Millətlər Təşkilatı sosial inkişaf, iqtisadi artım və ətraf mühitin qorunmasını təmin etmək məqsədilə idarəetmə və dövlət idarəçiliyində innovasiyalarla bağlı ən yaxşı təcrübə və fikir mübadiləsinin aparılmasını təşviq edir.

Tədbirin təşkilatçıları  BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (United Nations Department of Economic and Social Affairs (UNDESA), BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyası (United Nations Economic and Social Commission for Western Asia (UN ESCWA), BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətinin Artırılması üzrə qurumu (United Nations Entity for Gender Equality and the Empowerment of Women (UN Women), eyni zamanda Bəhreyn Krallığı hökumətidir.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL