waplog

Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə marka çap edilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti iyunun 26-dan etibarən Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə  “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” suvenir poçt blokunu dövriyyəyə buraxacaq.

 

26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür. 1918-ci ilin bu tarixində Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. 

 

Hazırda Azərbaycan Ordusu regionun güclü ordularındandır. Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iradəsi və qayğısı sayəsində Azərbaycan Ordusu hazırda güclü maddi-texniki bazaya malikdir və ən müasir silah-sursatla təmin olunub.

 

Blok üzərində Azərbaycan Ordusunun sərəncamında olan müxtəlif silah növləri əks olunub.

 

Blokun tirajı 20 min, nominal dəyəri 1 manat təşkil edir.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL