Hansı ölkədə daha çox smartfon istifadəçisi var?
“Strategy Analytics” analitik şirkətinin məlumatına əsasən, ən çox smartfon istifadəçisi Koreya Respublikasındadır.
Sözügedən şirkətin məlumatlarına əsasən, Cənubi Koreyada mobil rabitə xidməti istifadəçilərinin 67%-i smartfon istifadə edir. Qeyd edək ki, planet üçün orta statistik göstəricisi 14,8% səviyyəsindədir. Cənubi Koreya üçün sözügedən göstərici 2009, 2010 və 2011-ci illərdə müvafiq olaraq 2, 14 və 38,3% olub.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Strategy Analytics” şirkətinin proqnozuna əsasən, bu ilin sonunadək Cənubi Koreya bazarının smartfonlarla “doyma” səviyyəsi 79,5%-ə çatacaq, halbuki Sinqapur və Honkonq üçün bu göstərici müvafiq olaraq 66,5 və 63,6% təşkil edəcək. Ekspertlər hesab edir ki, 2017-ci ilədək Koreya Respublikasında mobil rabitə xidmətlərindən istifadə edənlərin 88.9%-i smartfona malik olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL