waplog

Bakı ətrafında yeni salınan qəsəbələrdə ATS-lər tikilir


 Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən Bakı şəhərinin ətraf kəndlərində və yeni yaşayış massivlərində ATS-lərin tikintisi işləri və sakinlərin telefon xətləri ilə təmin olunması istiqamətində aparılan işlər davam etdirilir. Hazırda Sabunçu rayonu Kürdəxanı qəsəbəsində 2000 nömrə və Bakıxanov qəsəbəsində 8000 nömrə tutumlu ATS binaları tikilir.

Bu barədə "ICTnews" xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən məlumat verilib. Birlikdən bildirilib ki, Suraxanı rayonu Hövsan şosesi yaxınlığında 2000 nömrə tutumlu, Binəqədi rayonu Xırdalan-Binəqədi şosesi yaxınlığında 1500 nömrə tutumlu yeni ATS binalarının tikintisi üzrə işlər davam etdirilir. Birlikdən o da qeyd edilib ki, 2011 - 2013-cü illərdə "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planının BTRİB-ə aid olan bəndlərinin icrası ilə əlaqədar olaraq artıq bir neçə ATS tikilərək istifadəyə verilib:

«Bu günə qədər 8 ədəd yeni ATS binası tikilib və 1 ədəd konteyner quraşdırılıb. Yeni tikilmiş ATS  binalarında  xətt şəbəkəsi qurulub və ATS avadanlığı quraşdırılaraq istismara təhvil verilib. 97204 nömrəlik müxtəlif tipli stansiyalar rekonstruksiya olunaraq NGN tətbiqi ilə yenidən qurulub».
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL