waplog

Dubaydan Azərbaycana qanunsuz yolla bahalı telefonlar gətirilirmiş


Dubaydan Azərbaycana qanunsuz yolla bahalı telefonlar gətirən bir neçə şəxs yaxalanıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, qurumun Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə bir qrup şəxsin Bakıdan Dubaya gedib, oradan yüksək dəyərli mobil telefonlar aldıqdan sonra Dubay-Moskva-Bakı tranzit aviamarşrutu ilə malları Azərbaycan Respublikasına gətirib "yaşıl kanal" vasitəsi ilə gömrük sərhədindən qeyri-qanuni yolla keçirəcəkləri barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxslərdən biri Babayev Fuad Nazim oğlu, digəri isə onun yaxın qohumu Cəfərov Nurəli Rauf oğludur. Əldə olunmuş məlumata əsasən mobil telefonları respublikaya qeyri-qanuni yolla gətirmək üçün Bakıdan Dubaya gedən Babayev Fuad Nazim oğlu nəzarətə götürülüb. Moskva-Bakı reysi ilə yaxın qohumu Cəfərov Nurəli Rauf oğlu ilə birlikdə gələn Babayev Fuad gömrük nəzarətindən "yaşıl kanal"dan keçərkən gömrük əməkdaşları tərəfindən saxlanılaraq, mütləq bəyan olunası malların olub-olmadığı barədə şifahi sorğu-sual edilib. Gömrük bəyannaməsini təqdim etməyən və şifahi olaraq onlarda mütləq bəyan olunası malların olmadığını bildirəndən sonra, həmin sərnişinlərə əşyalarını "Rapiskan 628" markalı X-Ray aparatından keçirmək təklif olunub. HNBGİ-nin 2-ci sərnişin şöbəsinin əməkdaşı monitorda mobil telefonların təsvirlərini görəndən sonra müvafiq qanunvericiliyə uyğun olaraq, Cəfərov Nurəlinin və Babayev Fuadın müşayiət etdiyi baqajlara və əl yüklərinə gömrük baxışı keçirilib.
Cəfərov Nurəlinin müşayiət etdiyi boz rəngli, üzərində "Lugano" sözü yazılmış çamadandan gömrük nəzarətinə təqdim olunmamış, gömrük baxışından əvvəl nə yazılı, nə də şifahi formada bəyan olunmamış 70 ədəd "BlackBerry Pearl 9105" mobil telefonlar və onlara aid qutular, göy rəngli, üzərində "Vroncato" sözü yazılmış çamadandan isə sellofan paketlərə qablaşdırılmış vəziyyətdə həmin telefonların aksessuarları aşkar edilib.
N.Cəfərov araşdırma zamanı 70 ədəd "BlackBerry Pearl 9105" mobil telefonların dayısı F.Babayevə məxsus olduğunu bildirib. Əvvəllər bir neçə dəfə Dubay şəhərindən Bakıya qanunvericilikdə nəzərdə tutulan gömrük ödənişlərini ödəmək şərti ilə mobil telefonlarını gətirdiyini etiraf edən F.Babayev izahatında qeyri-səmimilik göstərərək, sonuncu dəfə gətirilən kommersiya təyinatlı eyni malları gömrük orqanına bəyan etməkdən, vergi və rüsum ödənilməsindən xəbərsiz olduğunu bildirib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL