waplog

İnformasiya Texnologiyaları İnstitutunun veb-saytı yenilənəcək


AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun veb-saytı yenilənəcək. 2007-ci il mayın 17-də – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günündə fəaliyyətə başlamış www.ikt.az saytının əsas məqsədi Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları İKT istiqamətləri üzrə aparılan elmi, elmi-texnoloji araşdırmaların nəticələrinin paylanması, institutda və bütövlükdə respublikada bu sahədə baş verən yenilikləri dünya ictimaiyyətinə çatdırmaqdır.

İnstitutdan bildiriblər ki, hazırda saytın müasir veb-standartlara uyğun yeni versiyasının hazırlanması istiqamətində tədbirlər həyata keçirilir. İnstitutun sektor müdiri Sevinc Həsənova deyib ki, layihə çərçivəsində saytın maddi-texniki bazasının gücləndirilməsi, idarə edilməsi və təbliği, həmçinin mobil versiyalarının hazırlanması ilə bağlı işlərin görülməsi nəzərdə tutulub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL