waplog

Azərbaycanın 3 bölgəsində İKT təlimləri keçiriləcək


Cari ilin 2-14 iyul tarixlərində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının (AƏSMA TGT) təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və AR Prezidenti yanına Gənclər Fondunun maliyyə dəstəyi ilə regionlarda İnformasiya- kommunikasiya texnologiyaları (İKT) təlimləri keçiriləcək.

"ICTnews" elektron xəbər xidmətinin ATGTİ-yə istinadən verdiyi məlumata görə, bu layihənin əsas məqsədi regionlarda yaşayan gənclərə İKT-nin yeniliklərini, qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, gənclərdə İKT-yə maraq oyatmaq, İKT imkanlarından istifadə etməklə maarifləndirilmələrinə və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır.

Layihənin Lənkəranda (2-4 iyul), Gəncədə (8-10 iyul) və Zaqatalada (12-14 iyul) keçirilməsi nəzərdə tutulub. Təlimlərin keçiriləcəyi regionlarda yaşayan və təlimlərdə iştirak etmək istəyən tələbələr aşağıda göstərilən link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://docs.google.com/forms/d/1mpjPzoJO5-EX6NPKImmDz6KMiuwPjG8Zv9ZcEEBtYpw/viewform

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL