waplog

Uzun illərdir Sam Sung “Apple” üçün işləyirmiş



 
“The Loop”-dan verilən məlumata əsasən, “Apple” şirkətində Sam Sung adlı bir şəxs işləyir. Bu əməkdaş artıq bir neçə ildir ki, burada işləyir və satış sahəsində yaxşı mütəxəssis hesab olunur.
 
Həmçinin bildirilir ki, bir çox jurnalistdə “Apple” şirkətində işləyən bu şəxsin vizit kartları da var. Vizit kartının üzərində Sam Sungun işlədiyi pərakəndə mağazanın ünvanı da qeyd olunub. Mağaza isə Kanadanın Vankuver şəhərində yerləşir.
 
Vəziyyətin gülməli tərəfi ondadır ki, “Apple” şirkətinin əməkdaşı olan bu şəxsin adı məşhur koreyalı “Samsung Electronics” şirkətinin adını təkrarlayır.
 
“Samsung Electronics” şirkəti isə dünya bazarında mobil telefon və digər yüksək texnologiyalı cihazların hazırlanmasında “Apple” şirkətinin başlıca rəqibidir.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL