waplog

Yeni texnologiya sayəsində hətta divarların arasını görmək mümkün olacaq


Massaçusets İnstitutunun bir qrup tədqiqatçısı, obyektlərin hərəkətini divar arasından izləməyə imkan verən yeni "Wi-Vi" texnologiyası üzərində işləyirlər.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, yeni texnologiyanın işində hər bir yerdə quraşdırılması mümkün olan, ucuz radioötürücülərdən istifadə edilir. Yeni "Wi-Vi" sensorları gələcəkdə smartfonlara və digər portativ qurğulara, polis və yanğın söndürən xidmətlərin avadanlıqlarına   quraşdırılacaq.

İnstitutun professoru və yeni texnologiyanın tərtibatçılarından biri Dina Katabi bildirib ki, bu texnologiya ev mühafizə sistemlərinin yaradılmasında istifadə edilə bilər, onun vasitəsilə ev sahibləri evin divarları arxasında kimin gizləndiyini müəyyən edə bilərlər.

Öz fəaliyyətinə görə sistem təyyarələri izləyən, lakin salonda baş verənlər haqda məlumat verməyən aviasiya radarlarını xatırladır. Texniki olaraq sistemin dəqiqliyini artırmaq mümkündür və "Wi-Vi" insan üzünü tanıya bilər, lakin bu halda "Wi-Vi"-ların bazarda satışları məhdudlaşdırılacaq.
Yeni texnologiya "Wi-Fi"-dalğaların maneələr üzərindən ötürülməsi və onların necə əks olunmasını aşkar etmək sayəsində işləyir. Eyni prinsip üzrə radarlar  sonralar işləyir. Lakin burada qadağa edilmiş tezlikli güclü antenalar və ağır avadanlıqlar istifadə edilmir. Sistem, divarın arxasında hərəkətləri əks etdirən iki müxtəlif radiosiqnal üzərində qurulub. Sistemin bütün hissələri, bir çox müasir smartfonlarda mövcud olan standart qurğulardı.

Enerji sərfiyyatına görə "Wi-Vi" eynilə "Wi-Fi" texnologiyasına uyğundur, sistem istehlakçılarla yanaşı, hərbi sahədə də istifadə edilə bilər, çünki mobil qurğuları  insanlar özləri ilə daşıya bilərlər.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL