waplog

“Bakcell” təqdim edir: "Azərbaycan: Səmadan Baxış"


 Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" səmadan çəkilmiş şəkillərin misilsiz kolleksiyası olan "Azərbaycan: Səmadan Baxış" kitabının elektron versiyasını təqdim edib. Bu kitabda toplanan şəkillər Azərbaycanı yenidən kəşf etmək və  ölkəmizin rəngarəng, gözəl təbiətinə yeni bir baxış imkanı yaradır.
 
"Bakcell" şirkətinin dəstəyi ilə həyata keçirilmiş bu layihə "ArtGroup İstanbul" şirkəti və tanınmış alban fotoqrafçı Alket İslami tərəfindən hazırlanıb.
 
2012-ci ilin iyul ayında baş tutan foto çəkilişdən "Bakcell" tərəfindən seçilmiş 102 unikal şəkil "Azərbaycan: Səmadan Baxış" adlı kitabda toplanıb.
Bu layihənin əsas məqsədi Azərbaycan təbiətini həmvətənlərimizə və xarici qonaqlara aydın şəkildə təsvir etməkdir.
Kitabı oxumaq üçün aşağıdakı linkdən istifadə edin:
www.bakcell.com/Azerbaijanfromtheair
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL