waplog

“Google” eynəkləri brauzerlə təchiz edilib


“Google” şirkəti “Google Glass” eynəkləri üçün buraxdığı növbəti yenilənməni brauzerlə təchiz edib.

“ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, sayt üzrə naviqasiya üçün eynəyin dəstəyində yerləşən sensor paneldən istifadə olunur. İnternet səhifəsini vərəqləmək üçün barmağı panel üzrə aparmaq, eləcə də miqyası dəyişmək üçün iki barmağı birləşdirmək və ya ayırmaq lazımdır.
İnternet səhifəsi bütünlüklə eynəyin ekranına yerləşmir və aktiv sahələrdə yalnız onun bir hissəsi görünür. Aktiv sahənin yerini dəyişdirmək üçün sensor panelin üzərinə barmağın ikisini qoymaq və başı tərpətmək tələb olunur.

Əvvəllər “Google” eynəklərində yalnız axtarış əlavəsi olub. Əlavə axtarış nəticələrində internet səhifələrinin başlıqlarını və annotasiyaları göstərirdi, lakin səhifənin özünə keçməyə imkan vermirdi.

Eynəklər üçün yenilənmə brauzerin əlavə olunması ilə yanaşı, səsli idarəetmə funksiyasını da yaxşılaşdırır. İndi səsli komandaların köməyi ilə istifadəçi bildirişlərə cavab verə, zənglər qəbul edə və dostlarına fotoşəkillər göndərə bilər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL