waplog

Azərbaycanda ilk: "AzCloud" xidməti istifadəyə verildi


Azərbaycanda ilk dəfə olaraq AMEA İnformasiya Texnologiyaları İnstitutunun "AzScienceNet" elm kompüter şəbəkəsində Cloud Computing (AzCloud) xidməti istifadəyə verilib.

İnstitutun baş mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovun verdiyi məlumata əsasən, xidmət çərçivəsində böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin ən qısa zamanda həlli üçün virtual hesablama maşınları təqdim olunur. "AzCloud" xidməti "infrastructure as a service" modeli əsasında, IBM SmartCloud Provisioning proqram təminatının bazasında qurulmuşdur.

Baş mühəndis onu da bildirdi ki, bu xidmətdən AMEA institut və təşkilatlarının əməkdaşları ödənişsiz istifadə edə bilərlər.

Qeyd edək ki, gələcəkdə Cloud Computing xidmətinin "software as a service" modelinin "AzScienceNet" elm kompüter şəbəkəsində qurulması nəzərdə tutulur.

"AzCloud" xidməti haqqında ətraflı məlumat www.azsciencenet.az saytında yerləşdirilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL