waplog

“Azərkosmos” milli peyk üzərindən yayımlanan kanallara qoşulmaq üçün istifadəçi təlimatı təqdim edib



“Azərkosmos”  yerli televiziya kanallarına “Azərspace-1” peykinin üzərindən tutmaq üçün istifadəçi təlimatı təqdim edib.

Belə ki, Azərbaycanın yerli “AzTV”, “Mədəniyyət”, “İdman Azərbaycan", "İctimai", "ATV İnt.", "Xəzər", "Azad Azərbaycan" kanallarına milli peyk üzərindən baxmaq üçün 11169 MHz tezliyinə (Frequency),  Polarizasiya (Polarization): Üfüqi (Horizontal), FEC: 5/6, Simvol sürəti (Symbol rate): 20400 tutmaq tələb olunur.
Xatırladaq ki, “Azərkosmos” digər yerli teleradioyayım şirkətləri ilə Birinci  Milli telekommunikasiya peyki  “Azerspace1” üzərindən yayımın təşkili ilə bağlı müqavilələri imzalayıb və yaxın zamanda onların Milli peyk üzərindən yayımına başlanılacaq.

“Azərkosmos” eyni zamanda xarici topdan teleyayım təşkil edən şirkətlər ilə “Azerspace-1” üzərindən yayımın təşkili və yerli özəl şirkətlərə, peykin imkanlarından istifadə edərək  data xidmətlərinin təqdim edilməsi ilə bağlı danışıqlar aparır.

Azərbaycanın ilk milli telekommunikasiya peyki “Azerspace-1” 2013-cü ilin  8 fevral tarixində kosmosa buraxılıb. May ayından etibarən peyk kommersiya istifadəsinə verilib.

Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL