waplog

BSU-da Online Təhsil proqramı layihəsinin təqdimatı keçirilib



Bakı Slavyan Universitetində Senior Experten Service (SES) Proqramı (Almaniya) və BSU-nun Azərbaycan ədəbiyyatı kafedrası tərəfindən  təşkil olunan "Online and Distance Learning" təlim kurslarının yekun təqdimat mərasimi keçirilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev, universitetin professor-müəlllim heyəti və tələbələr, həmçinin AlmaniyanınWoman Computer School direktoru,  Koln Universitetində İT-nin tədrisi ilə məşğul olan baş ekspert İngrid Victor Kilberth iştirak edib.

Online Təhsil proqramı layihəsinin məqsədi təhsil sistemini daha modern inkişaf standartlarına yönəltmək, yeni texniki imkanlardan istifadə bacarığını təkmilləşdirməkdən ibarətdir.  Sözügedən layihə həm auditoriyada təhsil (in-classrom), həm də auditoriyadan kənar  (out-of-classrom) təhsil üçün imkan yaradır.

CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL