waplog

ABŞ-ın Ticarət Nazirliyi 170 min dollar dəyərində avadanlıqları məhv edib



ABŞ-ın Ticarət Nazirliyində keçirilmiş daxili audit sayəsində kompüter virusları ilə mübarizənin qeyri-adi üsulu aşkar edilib. Qurumun kompüter şəbəkələrində arzuolunmaz proqram təminatı peyda olduqdan sonra təhlükəsizlik üzrə mütəxəssislər belə nəticəyə gəliblər ki, ən yaxşı variant virusa yoluxmuş avadanlığı (televizor, maus, printer və s.) məhv etmək və ya tullamaqdır.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, məhv edilmiş avadanlığın ümumi qiyməti 170 min dolları ötüb. Auditorların gəldiyi qərara əsasən, keçirilmiş tədbirin əhəmiyyəti azdır:  yoxlamanın yekununa görə yalnız iki qurğu virusa yoluxub.

Auditorların tövsiyəsinə əsasən, gələcəkdə kibercinayətkarlıqla mübarizədə daha səmərəli və lazımi üsullar seçmək lazımdır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL