waplog

Rusiyada 6 ay ərzində 2,5 milyondan çox planşet satılıb


2013-ün ilk yarım illiyində planşet bazarının həcmi 2,6 milyon olub ki, bu da ötən ilin müvafiq göstəricisini 239% ötür.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, sözügedən bazarın həcmi pul baxımından 131% artaraq 33,1 milyard rubl olub.

Rusiyada satılmış hər dördüncü planşet Cənubi Koreyanın “Samsung” şirkətinin payına düşür. Lakin pul baxımından liderlik Amerikanın “Apple” korporasiyasına məxsusdur.

“Android” ən məşhur əməliyyat sistemi olaraq qalır: onun bazar payı 76% təşkil edir. “iOS”-un payı 19%-dir, “Windows Phone” platformasının payı hələlik 0,5%-dən azdır.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL