waplog

“Microsoft” planşet kompüterini ucuzlaşdırdı



  
"Microsoft" korporasiyası "Google" və "Apple" şirkətlərinin müştərilərini cəlb etmək üçün özünəməxsus addım atıb. Belə ki, şirkət  alıcı tələbatı aşağı olan "Surface" RT planşet kompüterinin qiymətini 30 faiz aşağı salmaq qərarına gəlib. Beləliklə,  ABŞ-da ən ucuz modelin qiyməti 349 dollar olacaq, halbuki əvvəllər bu planşet 499 dollara satılıb. Bundan başqa, əvvəllər 599 dollara satılan klaviatura və çexolla təchiz edilmiş eyni model indi 499 dollara başa gələcək. 549 dollara satışda olan yaddaşı ikiqat artırılmış modelin dəyəri isə hazırda 499 dollar (klaviaturasız) təşkil edir.       

Analitiklər bildiriblər ki, "Microsoft"un ilk planşeti satışa çıxarılan andan alıcıların və biznes istifadəçilərinin diqqətini cəlb edə bilməyib. Belə ki, "IDC" analitik şirkətinin qiymətləndirməsinə əsasən, satışların ilk iki rübü ərzində korporasiya bazarda ümumilikdə planşetlərin satış həcminin artmasına baxmayaraq cəmi 900 min planşet sata bilib, "Cybersecutity www.cybersecurity.ru"  yazır.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL