waplog

İT autsorsinq bazarının inkişafına mane olan amillər


İT autsorsinq bazarı nəzərəçarpacaq dərəcədə inkişaf edir.
"Gartner" analitiklərinin qiymətləndirməsinə əsasən, bu il İT autsorsinqə 288 milyard dollar xərclənəcək ki, bu da ötən illə müqayisədə 2,8% çoxdur.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Forrester Research"in ekspertləri 2012-ci ilin yekununa görə, sözügedən bazarı 385 milyard dollar həcmində qiymətləndiriblər. Proqnozlara görə, gələn il bu göstərici 6% artacaq.

"Ovum" analitiklərinin araşdırmasına əsasən isə, 2012-ci ildə qlobal İT autsorsinq bazarının həcmi son 10 ildə ən aşağı göstəriciyə çatıb. "Gartner" analitik şirkəti bunu siyasi və iqtisadi qeyri-sabitlik, İT autsorsinq xidmətlərinin göstərilməsi üçün zəif inkişaf etmiş modellər, autsorserlərin maliyyə problemləri və məhdud İT büdcə ilə əlaqələndirir.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL