waplog

“PlayBook” planşetlərinin istehsalı dayandırılır



"BlackBerry" şirkətinin nümayəndələri 7 düymlük "PlayBook" planşet kompüterinin proqram platformasının "BlackBerry 10" əməliyyat sisteminədək yenilənməyəcəyini bildiriblər. Şirkətin vitse-prezidenti Alek Sanders "PlayBook"un bundan sonra yenilənməyəcəyini deyib. "Lakin təhlükəsizlik sistemi üçün yenilənmələrin müəyyən müddət ərzində buraxılacağı nəzərdə tutulur", - deyə o əlavə edib.  

Qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, Kanada şirkəti planşetin istehsalını dayandırmağa hazırlaşır. Bununla yanaşı, yaxın gələcəkdə "PlayBook"un yeni modellərinin buraxılması da planlaşdırılmır. Şirkət əsas diqqətini "BlackBerry 10" əməliyyat sistemli yeni nəsil smartfon modellərinin hazırlanmasına və irəliləməsinə yönəltməyi nəzərdə tutur.

Qeyd edək ki, "PlayBook" planşetləri artıq 2 ildən çoxdur bazarda yer alıb və bu müddət ərzində modelin elektron tərkib hissəsi köhnəlib. Qurğunun satış həcmi daima azalır. Belə ki, ötən maliyyə ilində "BlackBerry" bazara təxminən 100 min belə qurğu çıxarıb, halbuki bir il əvvəl bu göstərici 260 min ədədə bərabər olub, - "3DNews www.3dnews.ru" yazır.  
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL