waplog

ABŞ-ın ən böyük operatorunun 45 min əməkdaşı tətil edib


Dünən ABŞ-da ən böyük telekommunikasiya şirkətlərindən biri olan “Verizon”un, təxminən 25% əməkdaşı etiraz aksiyasına başlayıb. Korporasiya rəhbərliyinin daha sərt şərtlərlə əmək müqavilələri bağlamaq istəyi ilə əlaqədar Həmkarlar ittifaqlarından olan 45 min işçi xidmətə çıxmaqdan imtina edib.
“Reuters” agentliyi bildirib ki, etiraz aksiyasında, stasionar telefon şəbəkəsinin iş mexanizmini tənzimləyən mütəxəssislər iştirak edirlər. “Verizon”dan bildiriblər ki, 45 min işçinin xidməti yerində olmaması şəbəkənin fəaliyyətinə təsir etməyəcək. Çünki şirkət rəhbərliyi tətil edənlərin yerinə Həmkarlar ittifaqlarında olmayan təqaüdçüləri, menecerləri və digər işçiləri dəvət edib.


www.onliner.by

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL