waplog

“Ericsson”un xalis mənfəəti ilin birinci yarısında 4 dəfə azalıb



2013-cü ilin birinci yarısında "Ericsson" şirkətinin xalis mənfəəti 2012-ci ilin ilk yarısı ilə müqayisədə təxminən 4 dəfə azalaraq 312,5 milyon avro təşkil edib. Bu barədə şirkətin hesabatında deyilir.  

"Ericsson"un 2013-cü ilin birinci yarısında mədaxili 2012-ci ilin analoji göstəricisi ilə müqayisədə cəmi 1 faiz artaraq 12,4 milyard avroya çatıb.

2013-cü ilin ikinci yarısında şirkətin xalis mənfəəti 2012-ci ilin ikinci rübü ilə müqayisədə 26 faiz – 173,6 milyon avroyadək artıb. Satış üzrə mədaxil 2012-ci ilin ikinci rübü ilə müqayisədə dəyişməz qalıb və 6,4 milyard avro təşkil edib,- "Digit www.digit.ru" yazır.

Qeyd edək ki, mənzil-qərargahı Stokholmda yerləşən "Ericsson" şirkəti İsveçin telekommunikasiya avadanlığı istehsalçısıdır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL