waplog

“Apple” inqilabi məhsullar hazırlayacaq


“Apple” çox tezliklə məhsullarının istehsalında "maye metal" tətbiqinə  başlaya bilər. Amerika şirkəti 2010-cu ildə sirkonium, titan, nikel və misdən ibarət bu yüngül və möhkəm ərinti materialı üzərində eksklüziv hüquqları “Liquidmetal”dan satın alıb.

Qabaqcıl material özündə metal, şüşə, plastmasın üstünlüklərini birləşdirir: o möhkəmdir, cızıq və korroziyaya davamlıdır və mürəkkəb formalar ala bilər.
Qeyd edək ki, “Apple” şirkəti indiyə qədər "maye metal"dan yalnız “iPhone” və “iPad” qurğularının bəzi modellərində SİM kartın üst hissəsini açan bərkidici istehsalında tətbiq edib.

Planşetlər üçün korpus kimi daha böyük obyektlərin istehsalında texniki prosesin qeyri-mükəmməlliyi səbəbindən çətinliklər yaşanıb: lazımi qalınlıqda metal təbəqələri yaratmaq cəhdi onların uzadılması və sınması ilə nəticələnib.
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, vəziyyət tezliklə dəyişə bilər. Belə ki, “Crucible Intellectual Property” şirkətinin aldığı patentdə 0,1-25 millimetr qalınlıqda və 3 metrədək enlikdə təbəqələr yaratmağa imkan verən metod təsvir edilir.

Qeyd edilib ki, yeni texnologiya “iPhone”, “iPad”, saat və ya istənilən başqa elektron qurğunun istehsalında tətbiq edilə bilər.
Metal ərintisinin yaradıcılarından biri Atakan Pekerin bundan əvvəl verdiyi proqnoza əsasən, “alma” şirkəti "maye metal" öncə qurğuları üçün bəzi komponentlər istehsal edəcək, daha sonra onun əsasında inqilabi məhsul çıxaracaq və onun surətini köçürmək çətin olacaq.

Emil Hüseynov
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL