waplog

Mədəniyyət və turizm şöbələrinə İKT potensialını gücləndirmək tapşırılıb



Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının icrası məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin 30 mart 2012-ci il tarixli Kollegiya Qərarının icrası istiqamətində şəhər (rayon) mədəniyyət və turizm şöbələri tərəfindən görülən işlərin müzakirəsinə həsr edilmiş müşavirə keçirilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Analitik təhlil və proqram təminatı şöbəsinin müdiri Qabil Abbasov, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli çıxış edib, Kollegiya Qərarının icrası ilə əlaqədar şəhər (rayon) mədəniyyət və turizm şöbələri tərəfindən görülən işlər barədə məlumat verib.

V.Əliyev Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli sərəncamı ilə 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya- kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı qəbul edilmiş tədbirlər planının icrası ilə bağlı şəhər (rayon) mədəniyyət və turizm şöbələri müdirlərinə rəhbərlik etdikləri sahədə informasiya-kommunikasiya texnologiyalarının  potensialının gücləndirilməsi istiqamətində konkret tapşırıqlar verib.

Qeyd edək ki, müşavirədə 33 rayon, şəhər mədəniyyət və turizm şöbələrinin müdirləri iştirak edib.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL