waplog

Tural Əlisoy: “Ümid edirəm ki, texnologiyalar inkişaf etdikcə, fiziki qüsurlu insanların bir çox sahələrdə aktiv iştirakına şərait yaradılacaq”


 

 
İyulun ilk günlərində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə "Startup Azərbaycan" layihəsi çərçivəsində "Azərbaycanda internet-biznes: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda  keçirilən konfrans bütün maraqlı tərəfləri, o cümlədən texnologiyalar sahəsində bacarıqlı gəncləri, kreativ düşünən "beyin"ləri bir araya topladı.

Maraqlısı o idi ki, gələcək fəaliyyətini innovativ düşüncələr üzərində quranlar sırasında sağlamlıq imkanları məhdud iştirakçılar da vardı. Onlardan biri -  "Kinotap" saytının məzmun-idarəetmə meneceri Tural Əlisoy "Rabitə dünyası"  qəzetinin əməkdaşı ilə  söhbətinə İT sahəsinə olan marağı ilə başladı:
 
"Əngəlsiz.az" üçün əngəllər
 
 
Gələcəkdə böyük layihə üzərində işləsəm...
 
 
- Açığı, bu məqsədlə dövlət qurumlarına müraciətimiz olmayıb. Layihəyə ilk başlayanda həm də özümüzü tanıtdırmaq məqsədi ilə fəaliyyətə başlamışdıq və əlimizdən gələnləri edirdik. Amma layihə ətrafında onun istiqamətini dəyişmək istəyən insanlar da olduğundan biz istədiyimizə nail ola bilmədik, saytı da təəssüf ki, davam etdirə bilmədik.
 
- Konfransda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov innovativ sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən, yeni ideya və ixtiralarla bazara yeni "nəfəs" gətirə biləcək gənclərin innovativ ideyalarının dəstəklənəcəyi ilə bağlı gənclərə ümid verdi. Bu fikir sizi layihənizin üzərində yenidən işləmək, həmçinin innovativ ideyalarınızı daha da inkişaf etdirmək üçün ruhlandıra bildimi?
 
 
 
"Xüsusən bizlər üçün texnologiyanın inkişafı çox yaxşı haldır"
 
 
- Xüsusən bizlər üçün texnologiyanın inkişafı çox yaxşı haldır. Texnologiyaların köməkliyi ilə müəyyən işləri elə evdə oturaraq daha asan həyata keçirmək mümkündür. Məsələn, mən artıq aktiv fəaliyyətə keçəndən sonra özümü internetsiz təsəvvür edə bilmirəm. Demək olar ki, hər gün yeni nə isə öyrənirəm. İnterneti yararlı istifadə etməyə çalışıram. Düşünürəm ki, növbəti illərdə bizim ölkəmizdə texnologiyalar daha da inkişaf edəcək. Keçən illərə baxanda bu il daha artıq texnoloji layihələr həyata keçirilir. Bu, çox yaxşı haldır. Ümid edirəm ki, texnologiyalar inkişaf etdikcə, onların verdiyi geniş imkanlarla fiziki qüsurlu insanların da bir çox sahələrdə aktiv iştirakına şərait yaradılacaq.
 
 
 
"Distant təhsil bizə məsafə problemini aradan qaldırmağa imkan verdiyi üçün çox yaxşıdır"
 
- Təhsilinizi tamamlaya bilmisiniz?
 
- Mən 11 illik orta ümumtəhsil məktəbi bitirmişəm. Təəssüf ki, ali məktəb alınmadı. Düzdür, təhsil önəmlidir, vacibdir, amma gələcəyimi daha çox texnologiya, internetlə bağlı görürəm. İndi də özüm sərbəst biliyimi artırmaq üçün  daim mütaliə edirəm.
 
- Hazırda İKT-nin təhsilə tətbiqi sayəsində istənilən insanın müxtəlif məsafədən təhsil almasına imkan verən distant təhsil sistemi yaradılıb. Təhsilin bu formasından istifadə edərək, gələcəkdə ali təhsil almaq istəyinizi də reallaşdıra bilərsiniz. Ümumiyyətlə, distant təhsilin imkanlarını necə qiymətləndirirsiniz?
 
- Açığı, Türk-Anadolu liseyində bir il oxudum. Amma özümə orada nə isə işıq, rahatlıq görmədim. Mənə çətinlik kimi göründü. Həm proqram baxımından, həm də gediş-gəliş çətinliyi üzündən orada təhsil almaq mənə rahat olmadı. Açıq etiraf edək ki, bu gün ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərin küçə və ya digər ərazilərdə hərəkəti üçün müvafiq şərait yaradılmayıb. Vəziyyət ürəkaçan deyil. Əgər mən harasa əlil arabası ilə getməliyəmsə, yolum rahat olmalıdır. O baxımdan, mən bir çox yerlərdən əlimi çəkirəm. Hara asandırsa, ora getməyə çalışıram. Distant təhsilə gəlincə, təbii ki, təhsilin bu forması bizə məsafə problemini aradan qaldırmağa imkan verdiyi üçün çox yaxşıdır.
 
"Bu xidmət çoxdan yaradılmalı idi, amma..."
 
 
 
"Mən hər şeyin gözəl olacağına inanan insanam"
 
- 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alan bəndlərdən biri də "Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların İKT-dən is­ti­fadə imkanlarının artırılması üzrə işlərin həyata keçirilməsi", həmçinin "Gözdən əlillər üçün hazırlanmış mini-kompüterin təkmilləşdirilməsi"dir. Siz öz ətrafınızda olan insanların vəziyyətinin daha da asanlaşdırılması üçün hansı tədbirləri vacib sayırsınız?
 
 
 
"Pandusu düzəldənə təklif edirəm ki, əlil arabasına otursun və..."
 
- Sağlamlıq imkanları məhdud olan insanların məşğulluğunun təmin edilməsi üçün görülən işlər bu gün yetərlidirmi?
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL