waplog

“HTC” mobil qurğu istehsalın sürətləndirəcək



Smartfonlar bazarında artan rəqabət şəraitində Tayvanın “HTC” şirkəti ABŞ-dakı nümayəndəliyini yenidən təşkil etmək və əsas diqqəti rəqabət qabiliyyətli mobil qurğuların buraxılışına yönəldərək yeni bölmə yaratmaq qərarına gəlib.  

Belə ki, şirkətin qlobal satışlar üzrə prezidenti Ceyson Makkenzi “HTC America” regional ofisinə başçılıq etməyə başlayıb. “HTC”-nin Şimali Amerika departamentinin prezidenti Mayk Vudvord yeni innovasiya məhsullarını və dünya satış strategiyasını hazırlayacaq “Emerging Devices” biznes strukturuna rəhbərlik edəcək.  


İstehsalçının baş direktoru Piter Çou şirkətdə aparılan dəyişikliklər barədə ətraflı məlumat vermək istəməyərək yalnız qabaqcıl “HTC One” smartfonunun yeni satış kanallarına çıxışı və biznes modellərdən istifadə yolu ilə onun uğurunu möhkəmləndirmək zəruriliyini qeyd edib,- “DailyComm www.dailycomm.ru” yazır.  


Bundan başqa, şirkətin əməliyyat bölməsinin rəhbəri Metyu Kostello də tutduğu vəzifəsini tərk edib. Bundan əvvəl isə maliyyə və əməliyyat direktorları, eləcə də baş dizayner vəzifələrindən gedib.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL