waplog

Maykl Dell “Dell” şirkətinin səhmlərini geri almaq fikrindədir


“Dell” şirkətinin rəhbəri Maykl Dell özəlləşdirmə proqramı ilə bağlı yekun səsverməyə bir neçə saat qalmış səhmlərin qiymətini bir az artırıb.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, Dell və onun tərəfdaşları səhmlərin hər birinin qiymətini daha 10 sent artırır, bu da səhm kapitalı hesablandıqda 150 milyon dollar təşkil edir. Öncə “Dell”in özəlləşdirmə təklifinin ümumi qiyməti 24,4 milyard dollar təşkil edirdisə, hazırda onun qiyməti 24,6 milyardadək artıb.

Yeni təklif “Silver Lake Partners” və “Microsoft” ilə razılaşdırılıb.
"Səsvermə ərəfəsində biz təkliflərimizin qiymətini hər bir səhm üçün 13,75 dollaradək artırırıq. Bu bizim ən yaxşı və son təklifimizdir", - deyə Maykl Dell səhmdarlara məktubunda bildirib.

 “Dell”in 8,7% səhmlərinin sahibi Karl İkan və fərqli inkişaf strategiyasını təklif edən “Southeastern Asset Management” fondu bu təklifin əleyhinə çıxış edir.

Son məlumatlara əsasən, hər bir səhmin qiyməti 14 dollar səviyyəsində müəyyən edilib. Son qərara əsasən, səsvermə avqustun 2-də keçiriləcək.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL