waplog

“Nokia” şirkəti videonu birbaşa “YouTube” videohostinqinə yükləmək üçün tətbiq istifadəyə verib


Finlandiyanın “Nokia” şirkəti bu gün “Windows Phone” əməliyyat sistemi ilə işləyən “Lumia” smartfonlarının istifadəçiləri üçün videonu “YouTube” portalına birbaşa yükləməyə imkan verən tətbiq istifadəyə verib. “Lumia” istifadəçiləri “YouTube Upload” tətbiqinin köməkliyi  ilə kamera ilə çəkilmiş videonu bir neçə kliklə dünyanın ən böyük videohostinqinə yükləyə bilərlər.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətin məlumatına əsasən, sözügedən tətbiq yalnız “Windows Phone 8” platforması ilə işləyən “Lumia” smartfonlarında işləyir.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL