waplog

Yeni ödəniş terminalı fəaliyyətini genişləndirir



 
Azərbaycanda artıq “Bakcell” şirkətinin xidmətlərinin ödənişini “Modenis” şirkətinin  “Emanat” ödəniş sistemi üzərindən həyata keçirmək mümkündür.

“Modenis” şirkətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hələ ki şirkət təkcə iki kommunal xidmət operatorunun ödənişlərini qəbul edir.

“Bu günədək biz təkcə “Azəriqaz”ın və “Azərsu”nun xidmətlərinin ödənişlərini qəbul edirdik, yaxın günlərdə artıq xidmət ödənişi qəbul edilən şirkətlərin siyahısına ilk mobil operator da daxil edilib. Bu ilin sonuna qədər isə ölkədə fəaliyyət göstərən bütün mobil rabitə operatorlarının, bankların, internet və kabel televiziyası provayderlərinin xidmətlərinin ödənişini qəbul edəcəyik. Bununla yanaşı, il ərzində artıq “www.emanat.az” saytı vasitəsilə internet üzərindən elektron ödənişlərin həyata keçirilməsi xidmətlərini təqdim etmək niyyətindəyik”,- deyə şirkətdə bildiriblər.

Qeyd edək ki, “QIWI” Qrupunun terminalları üzərindən xidmət göstərən şirkət gələcəkdə xidmət çeşidini genişləndirmək niyyətindədir.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL