waplog

Yeni poçt şöbə və filialları istifadəyə veriləcək



 
 "Azərpoçt" MMC müştərilərə göstərilən müasir poçt xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində korporativ üslublu poçt şöbə (PŞ) və filiallarını (PF) əhalinin istifadəsinə verir. Müəssisədən verilən məlumata görə, bu ilin 6 ayında 5 ədəd poçtamt və 8 ədəd PŞ binasının əsaslı təmiri, 8 ədəd PŞ binasının isə tikintisi başa çatdırılıb. Hazırda Bakı şəhərində 2 saylı PF-nin, regionlarda isə Quba və Qobustan PF-lərin yeni inzibati və 4 ədəd PŞ binalarının tikintisi, həmçinin 10 ədəd inzibati və 4 ədəd PŞ binasının əsaslı təmir işləri aparılır.

Qeyd edək ki, poçt şöbələrində məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pul köçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, bank və maliyyə xidmətlərinin göstərilməsinə şərait yaradılacaq.
 
RƏVAN
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL