waplog

"Apple" ilin ən yaxşı brendi adına layiq görülüb


Sosioloji və marketinq tədqiqatları, həmçinin ictimai rəyin araşdırılması ilə məşğul olan amerikanın "Harris Interactive" şirkəti elektronika bazarında ən populyar brendlərin adlarını açıqlayıb.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, reytinqdə ABŞ-ın 38 mindən çox sakini iştirak edib. "Apple" brendi ikinci il ardıcıl olaraq lider olub, həm də korporasiya kompüter, planşet və mobil telefonlar daxil olmaqla bir çox kateqoriyalarda birincilik əldə edib.

"Amerikalılar əvvəlki kimi "Apple" brendini yüksək qiymətləndirirlər" - "Harris Interactive" şirkətinin baş vitse-prezidenti Menni Flores tədqiqatla bağlı fikrini deyib.

"Apple" kompüter bazarında "HP", "Dell" və "Sony" şirkətlərini geridə qoyub. Planşet istehsalçıları arasında Tim Kukun korporasiyası rəqibləri -"Amazon", "Google" və "Samsung" şirkətlərini ötə bilməyib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL