waplog

Hansı ölkənin vətəndaşları daha çox telefon dəyişdirir?


Cənubi Koreyada bahalı telefonlara daha çox tələbat var. "Strategy Analytics" agentliyinin məlumatına görə, dünyada ən yüksək orta qiymətə (415 dollar) malik aparat Cənubi Koreyada qeydə alınıb.

"ICTnews.az" elektron xəbər xidməti "vestifinance.ru" saytına istinadən bildirir ki, ikinci yerdə Yaponiya (390 dollar), üçüncü yerdə isə Kanada (350 dollar) qərarlaşıb. ABŞ (323 dollar) dördüncü, Norveç (281 dollar) beşinci olub.

"Gartner" analitik şirkətinin məlumatına əsasən, ən bahalı smartfonlar Honkonqda satılır. Orada smartfonun orta qiyməti 814,6 dollar təşkil edir. İkinci pillədə Cənubi Koreya yer alıb. İlk beşlikdə, həmçinin Tayvan, ABŞ və Polşa qərarlaşıb.

Koreyalılar daha çox telefon dəyişdirirlər: ötən il Koreyanın təxminən 67,8% sakini öz telefonunu daha müasiri ilə dəyişdirib.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL