waplog

“Azərkimya” İB-nin müəssisələrinin mühafizəsi yeni videomüşahidə sistemləri ilə gücləndirilir



Azərbaycan Dövlət Neft Şirkətinin “Azərkimya” İstehsalat Birliyində istehsalat sahələrinin yenidən qurulması, innovativ texnologiyaların tətbiqi, kimyaçıların əmək və sosial şəraitinin yaxşılaşdırılması ilə yanaşı, mühafizə sistemində qabaqcıl texnologiyalar tətbiq edilir.

“Azərkimya”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Azərkimya” LVJ (tez alışan kimyəvi maddələr) adlanan sahəsində mühafizə işinin gücləndirilməsi məqsədilə yeni videomüşahidə sisteminin tətbiqinə başlanılıb. Burada ərazinin bütün perimetri boyu xüsusi kameralar quraşdırılıb ki, onlar vasitəsilə görüntünü 30 dəfədən artıq böyütməklə obyektin tam və etibarlı mühafizəsini təmin etmək mümkündür. Burada quraşdırılmış çoxkameralı termal sistem isə gecə-gündüz, istənilən hava şəraitində nəzarət zonasındakı istənilən dəyişikliyi qeydə alır, monitorda əks etdirir.

Hazırda “Azərkimya” İB-nin tam mühafizə nəzarətinin təmin olunmasının çətinlik törətdiyi digər iki istehsalat sahəsinin də videomüşahidə sistemi ilə təmin olunması işləri həyata keçirilir. Bu tədbirlər başa çatdırıldıqdan sonra birliyin bütün istehsalat obyektlərinin mühafizəsi daha etibarlı şəkildə təmin ediləcək.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL