waplog

“Samsung Galaxy S4” smartfonu mənzili yandırdı


“Samsung Galaxy S4” smartfonunun istifadəçisi qurğuda oyun işə saldıqdan sonra telefon onun əllərində alışıb. O, gözlənilməzlikdən “Galaxy S4” aparatını divana tullayıb, nəticədə divan dərhal alışıb. Yanğın sürətlə digər əşyalara yayılmağa başlayıb.

“ICTnews.az” elektron xəbər xidməti “1news.az” saytına istinadən bildirir ki, hadisə yerinə operativ surətdə gəlmiş yanğınsöndürənlər 30 dəqiqə müddətində yanğını söndürməyə çalışsalar da, lakin artıq gec idi. Nəticədə mənzil tamamilə yanıb. Aparat sahibi yalnız kiçik xəsarət alıb.

“Samsung” şirkəti Honkonqda baş vermiş hadisəni araşdıracağına dair söz verib.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL