waplog

“Samsung” televizorlarında təsvir daha aydın və parlaq olacaq


"Bloomberg News" portalı yazıb ki, Cənubi Koreyanın "Samsung" korporasiyası yaxın vaxtlarda Almaniyanın "Novaled AG" şirkətini 200 milyon dollara satın almağı planlaşdırır.

"ICTnews.az" elektron xəbər xidməti  "www.comnews.ru" saytına istinadən bildirir ki, qərargahı Drezden şəhərində yerləşən "Novaled AG" şirkəti smartfon və televizorlarda ekranların işıqlandırılması üçün "OLED" texnologiyaları (organic light-emitting diode – orqanik işıq diodu) üzrə ixtisaslaşıb. "OLED" texnologiyası daha aydın və parlaq təsvir əks etdirməyə imkan verir, eyni zamanda daha az enerji sərf olunur.

Sözügedən mənbə deyib ki, saziş bu həftə bağlanmalıdır. "Novaled" şirkətinin marketinq üzrə direktoru Qerd Qunter danışıqların aparıldığını təsdiqləyib.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL