waplog

“Headtechnology Azerbaijan” və “BestComp Group” tərəfdaşlıq haqda müqavilə imzalayıblar



"Headtechnology Azerbaijan" və "BestComp Group" şirkətləri strateji əməkdaşlıq haqda müqavilə imzalayıblar.
"Headtechnology Azerbaijan"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən,  bu, öncə həyata keçirilən "AirTight" layihəsi çərçivəsində aparılan uğurlu əməkdaşlığın davamı olub.

"Headtechnology Azerbaijan" beynəlxalq  "Headtechnology Group" holdinqinin tərkibinə daxildir. Şirkətin əsas fəaliyyət istiqaməti – informasiya təhlükəsizliyi sahəsində həllərin distribüsiyasıdır. Şirkətin mütəxəssisləri eyni zamanda layihələrin tərtibatı və dəstəklənməsi ilə məşğul olur.

"BestComp Group" şirkəti Cənubi Qafqazda aparıcı İKT şirkətlərindən biridir. Şirkət yüksək təcrübəyə malik olan mütəxəssisləri, qabaqcıl texnologiyaları və həlləri, müştərilərə peşəkar və məsuliyyətli yanaşma ilə seçilir.

Aynur Vəliyeva
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL