waplog

Böyük Britaniya sükan arxasında "Google Glass" eynəklərindən istifadəyə qadağa qoyub



Böyük Britaniya sükan arxasında "Google Glass" eynəklərindən istifadəyə qadağa qoyub. Yerli KİV bildirib ki, sözügedən qadağanı pozanlar 60 funt (təxminən 90 dollar) dəyərində cərimələnəcək və cərimə balları artırılacaq.

Qeyd edək ki, "Google" şirkətinin sözügedən cihazı gözə taxılan kompüter rolunu oynayacaq. Bu qurğu kiçik ekranda informasiyaya baxmağa, fotoşəkil çəkməyə və daşına bilən qurğunun funksiyalarını idarə etməyə imkan verəcək.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, hazırda aparat üzərində işlər aparılır.

Emil Hüseynov
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL