waplog

Mərkəzləşdirilmiş, Avtomatlaşdırılmış Radiomonitorinq Şəbəkəsinin avadanlıqlarının quraşdırılmasına başlanılıb



Azərbaycanın Mərkəzləşdirilmiş, Avtomatlaşdırılmış Radiomonitorinq Şəbəkəsinin yaradılması üçün nəzərdə tutulmuş bütün avadanlıqlar ölkəyə gətirilib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, hazırda qeyd edilən avadanlıqların quraşdırılması üzrə işlər aparılır.
 "Layihənin şərtlərinə əsasən, şəbəkənin genişləndirilməsi işləri bu ilin dekabrında başa çatmalıdır. Hazırda layihə çərçivəsində şəbəkənin qurulması üçün tələb olunan antenaların və digər avadanlıqların quraşdırılması və montajı üzrə işlər aparılır", - deyə DRİ-də bildiriblər.

Layihənin həyata keçirilməsində "Sinam" şirkəti, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Radiotezliklər İdarəsi, "Test Solutions"in nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, "Sinam" şirkəti Bakı və Abşeron yarımadasında Mərkəzləşdirilmiş, Avtomatlaşdırılmış Radiomonitorinq Şəbəkəsinin yaradılması üçün avadanlıqların çatdırılması və istifadəyə verilməsi üzrə tenderin qalibi olub. Monitorinq şəbəkəsinin yaradılması layihəsi çərçivəsində Yeni Günəşlidə, Mehdiabadda və Gəncədə yerləşən üç mərkəzləşdirilmiş radiomonitorinq sistemi məntəqəsindən istifadə edilir.

Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL