waplog

2020-ci ilədək şəbəkəyə 50 milyarddan çox qurğu qoşulacaq



 
"Cisco Systems" şirkəti qlobal internetin marketinq konsepsiyasını inkişaf etdirməyə davam edir və bu günlərdə "Cisco" öz bloqunda  "qlobal internetin sayğacı"nı yerləşdirib. Bu sayğac real vaxt rejimində nə qədər sayda obyektin "Ümumdünya Hörümçək Toru"na qoşulduğunu göstərir. "Cybersecurity –www.cybersecurity.ru" yazır.
 
İnternetə qoşulmuş obyektlərin sayını hesablamaq üçün "Cisco" şirkətinin mütəxəssisləri dünyada mövcud olan obyektlərin ümumi sayını müəyyənləşdiriblər.
 
Qiymətləndirmələrə əsasən, 2012-ci ildə obyektlərin ümumi sayı 1,5 trilyon, internetə qoşulmuş qurğuların sayı isə 8,7 milyard olub. Bu il internetə qoşulmuş obyektlərin sayı 10 milyardı ötüb və hazırda hər saniyə internetə 80 obyekt qoşulur. Gələn il bu göstərici təxminən 100, 2020-ci ilədək isə 250 milyarddan çox təşkil edəcək.
Şəbəkə qoşulmalarının qiymətinin azalmasını və bununla bağlı M2M (maşın-maşın) qoşulmalarının sayının sürətli artımını nəzərə alaraq, "Cisco" şirkəti 2020-ci ilədək internetə qoşulmuş qurğuların sayının 50 milyard olacağına dair proqnoz verib.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL