waplog

İtlərə çip yerləşdiriləcək



Britaniya hökumətinin hazırladığı yeni qanun layihəsində bildirilir ki, 2016-cı ilə kimi bütün itlərə mikroçip daxil edilməlidir. Bu addım ev heyvanları sahiblərinin məsuliyyətini artırmaqla yanaşı, həm də sahibsiz itlərin sayının azalmasına gətirib çıxaracaq. Buğda ölçüdə olan mikroçip kürəklər arasındakı dərinin altına yerləşdiriləcək və itlərini itirmiş sahibləri müəyyən etməyə imkan verəcək.

“ICTnews.az” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, Böyük Britaniyada hər il təxminən 110 minə yaxın it evsiz qalır və ya itir. Onların sığınacaqlarla təminatı Britaniya vergiödəyicilərinə 57 milyon funt-sterlinqə başa gəlir. Bu gün ölkədə itlərin 60%-i mikroçip daşıyıcısıdır. Lakin bu tədbir üç ildən sonra mütləq xarakter daşıyacaq. Qanunun pozulmasına görə isə it sahibi 500 funt ödəməli olacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL