waplog

“Energetikanın texniki-fiziki problemləri” adlı IX beynəlxalq konfrans keçiriləcək



 
Bu il 9-11 sentyabrda İstanbulda görkəmli energetik-alim, SSRİ Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Çingiz Cuvarlının xatirəsinə həsr olunan "Energetikanın texniki-fiziki problemləri" adlı IX beynəlxalq konfrans keçiriləcək. 

Türkiyənin İstanbul Texniki və İstanbul İşıq universitetlərində baş tutacaq tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti və qardaş ölkənin adı çəkilən universitetləri tərəfindən təşkil olunur.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən qeyd edilib ki, tədbirə Türkiyə və Azərbaycandan əlavə ABŞ, Norveç, İspaniya, İran və s. ölkələrin alimləri qatılacaq. Ölkəmizdən konfransın mövzusu ilə əlaqədar 35 məruzə qəbul olunub.

Məruzələrin müəllifləri AMEA-nın Fizika, Riyaziyyat və Kibernetika, Kimya Problemləri və s. institutları, "Azərenerji" ASC-nin Energetika İnstitutu, Bakı, Sumqayıt, Naxçıvan dövlət universitetləri, həmçinin Azərbaycan Texniki Universiteti və digər təhsil müəssisələrinin əməkdaşlarıdır.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL