waplog

Şimali Koreyada yerli istehsal olan ilk smartfon nümayiş etdirilib




Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İnə Şimali Koreyanın ilk smartfonunu nümayiş etdiriblər. Koreyanın Mərkəzi Teleqraf Agentliyinin rəsmi saytında sözügedən aparat barədə müəyyən məlumatlar verilib. Smartfonun texniki xüsusiyyətləri açıqlanmır. Yeni aparatın artıq “Ariran” adı altında satışa çıxarıldığı iddia edilir. Bu ad Koreyanın xalq musiqisinin şərəfinə verilib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, təqdim edilmiş fotoşəkillərdən məlum olur ki, Şimali Koreya smartfonu “Android 4.0” platforması ilə işləyir. Bəzi qiymətləndirmələrə görə, hazırda Koreya Xalq Demokratik Respublikasında təxminən 1.5 milyon insan mobil rabitədən istifadə edir.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL