waplog

“Cisco” 4 min əməkdaşını ixtisar edəcək



ABŞ-ın “Cisco” şirkəti dünya üzrə 4 min əməkdaşını ixtisar edəcək. Bu barədə şirkətin baş direktoru Con Çasmbers maliyyə ilinin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Şirkət diqqətini biznesin daha perspektivli istiqamətlərinə yönəltmək məqsədilə 75 minlik ştat vahidinin 5 faizini ixtisar edir. İxtisarların aparılması ilə bağlı qərarın qəbul edilməsinə Çin, Yaponiya və Avropada qeydə alınan zəif satış həcmi öz təsirini göstərib.

Son iki il ərzində “Cisco” artıq 12,3 min iş yerini ixtisara salıb. 2013-cü ilin martında şirkət daha 500 iş yerinin ixtisar edilməsini bəyan edib.   

Qeyd edək ki, mənzil-qərargahı San-Hose şəhərində yerləşən və şəbəkə avadanlığının hazırlanması və satışı ilə məşğul olan "Cisco Systems” ABŞ istehsalçısıdır. 2013-cü maliyyə ilində şirkətin xalis mənfəəti 24 faiz artaraq 9,98 milyard dollar təşkil edib, - “Digit” www.digit.ru yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL