waplog

Böyük ölçülü maye kristal panellərin tədarük həcmi iyul ayında 4,2% azalıb


Tayvanın “TrendForce” analitik şirkətinin “WitsView” tədqiqat bölməsini ötən ayın yekununa görə böyük ölçülü maye kristal panellərin tədarük həcmi haqqında ənənəvi məlumat dərc edib.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin hesablamalarına əsasən, 2013-cü ilin iyulunda qlobal bazara ümumilikdə 63,2 milyon iri formatlı panel tədarük edilib ki, bu da ötən ayla müqayisədə 4,2% azdır.

Ayrı-ayrı məhsul kateqoriyaları haqqında danışan mütəxəssislər qeyd ediblər ki, televizorlar üçün maye kristal panellərin tədarük həcmi 2,8% azalaraq 18,25 milyon olub. İyunda sözügedən məhsul növünün tədarük həcmi 18,78 milyon təşkil edib.

Ayın yekununa görə kompüter qurğuları üçün nəzərdə tutulmuş panel seqmentində gözləniləndən çox azalma qeydə alınıb, bu da fərdi kompüter sahəsində davam edən problemlərdən xəbər verir.
Noutbuklar üçün panel seqmentində geriləmə 17,7% təşkil edib.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL