waplog

“Elektron hökumət” bülleteninin səkkizinci sayı işıq üzü görüb


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin "Elektron hökumət" bülleteninin səkkizinci sayı dərc edilib.

"ICTnews" xəbər xidmətinin bülletenə istinadən verdiyi məlumata əsasən, bu sayda da xidmət təminatçıları tərəfindən portala inteqrasiya olunan xidmətlərin hazırkı vəziyyəti, təqdim olunan xidmətlərin sayı, ən çox istifadə olunan və ilk onluğa düşən elektron xidmətlərin siyahısı, ümumiyyətlə, hər bir xidmət təminatçısı tərəfindən təqdim olunan xidmətlərə müraciətlərin ümumi sayı qeyd edilib.

Bülletendə, eyni zamanda ay ərzində "elektron hökumət"  quruculuğu istiqamətində həyata keçirilmiş işləri əks etdirən məlumatlar, verilmiş elektron imzaların sayı, vətəndaşlar, hüquqi şəxslər və dövlət orqanlarında çalışanlar tərəfindən e-imza xidmətlərindən istifadə üzrə  qrafikləri təqdim olunub.

Nəşrdə həmçinin dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrlərinin cari vəziyyəti əks olunub. Bülletenlə tam ətrafl bu linkdə -  https://www.e-gov.az/upload/documents/bulleten/bulleten-8.pdf tanış olmaq olar.


Xatırladaq ki, elektron xidmətlərin tətbiqi ölkə vətəndaşlarına göstərilən xidmətlərin əlçatımlığını artırmaq və hökumət orqanları ilə vətəndaşlar arasında münasibətlərin şəfafflığını artırmaq məqsədi ilə həyata keçirilir.

Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL