waplog

“Samsung” alanların gözü “Apple” smartfonlarında qalır


“Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon istifadəçiləri arasında keçirilən sorğu iştirakçılarının təxminən 20 faizi “iOS” platformasına üstünlük verir, 33 faiz keçmiş “Samsung” qurğularının alıcıları indi “iPhone” modelini alır. Bu barədə “Consumer Intelligence Research Partners” şirkəti tərəfindən 2012-ci ilin iyulundan 2013-cü ilin iyununadək keçirilən tədqiqatların nəticələrində deyilir.

Şirkətin bazar analitikinin məlumatına görə, göstərilən dövr ərzində “Android” smartfon istifadəçiləri “iPhone”a keçən istifadəçilərlə müqayisədə daha çox "iOS” qurğularına üstünlük veriblər. Bununla yanaşı, “Google”a keçənlər müvafiq olaraq 20 və 7 faiz təşkil edir. Bu müddət ərzində “Samsung” smartfonlarının alıcıları “Apple” alıcılarına nisbətdə 3 dəfə artıq “Apple” qurğularına sahib çıxıblar. Bu göstərici müvafiq olaraq 33 və 11 faizə bərabər olub. Tədqiqat sorğunun keçirilməsinə təxminən 90 gün qalmış smartfon alan istifadəçilər arasında keçirilib. Ümumilikdə isə tədqiqatda 500 respondent iştirak edib.

“Samsung” məhsuluna ilk dəfə smartfon alan alıcıların 37 faizi üstünlük verir. İlk smartfon kimi özünə “iPhone” modelini seçən alıcıların göstəricisi 26 faiz təşkil edir. Bununla yanaşı, “Samsung” alıcılarının 43 faizi buna qədər bu və ya digər brendin “Android” qurğularının sahibi olub. “Samsung” smartfonlarına daha çox keçmiş “HTC”, "Motorola” və “Nokia” brendli qurğu sahibləri keçir, “Apple”a isə axın daha çox “BlackBerry” müştərilərində müşahidə olunur.

Lakin “Apple” üçün bu sevindirici statistika şirkətə bazarda öz payını saxlamağa kömək etmir. Belə ki, “Gartner” analitik şirkətinin araşdırmasına əsasən, dünya smartfon bazarında “Apple” şirkətinin payı bir il əvvəlki 18,8 faizlə (28,9 milyon qurğu) müqayisədə 2013-cü ilin ikinci rübündə 14,2 faizədək (31,9 milyon qurğu) azalıb. Həmin müddət ərzində “Samsung”un bazar payı bir il əvvəlki 29,7 faizlə (45,6 milyon qurğu) müqayisədə 31,7 faizədək (71,4 milyon qurğu) artıb, - “Digit www.digit.ru” yazır. 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL